«AzPolitika.info»-nun xarici mətbuata istinadla verdiyi xəbərə görə, bəzi KİV-lər Əfqanıstandakı radikal «Taliban» hərəkatının nümayəndələri ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) məmurları arasında keçirilən görüş barədə xəbər tutublar. «Röyter» agentliyinin məlumatına görə, bu məqsədlə Əfqanıstan üzrə ABŞ DD-nin xüsusi nümayəndəsi Zalmay Xəlilzad Vaşinqtondan Qətərə üçüb.
Taliblərə istinadla, agentliyin xəbərinə görə, görüş iştirakçıları 2001-ci ildən bəri davam edən hərbi əməliyyatlardan sonra, Əfqanıstanda sülhün bərpa olunmasına yönəlik sazişin şərtlərini müzakirə ediblər.
Sənəddə xüsusilə, 1,5 il ərzində xarici hərbi qüvvələrin Əfqanıstandan tamamilə çıxarılması tələbi qeyd olunur.
Məlum olduğu kimi, ABŞ hərbçiləri 18 ilə yaxındır ki, Əfqanıstanda fəaliyyət göstərir.


Şərhlər