«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov ölkəsinin NATO-ya daxil olması barədə protokolun həftə ərzində imzalanacağını anons edib.
İmzalandıqdan sonra, protokol ratifikasiya üçün Yunanıstan parlamentinə qaytarılacaq. Belə ki, bu inteqrasiyanın əsas şərti Makedoniyanın adının dəyişdirilməsi barədə Afina ilə bağlanmış saziş olmuşdu. İndi bü ölkə «Şimali Makedoniya Respublikası» adlandırılacaq.
Dmitrov ümid etdiyini bildirib ki, NATO ölkələri arasında ilk olaraq bu protokolu imzalayan Litva olacaq. Bu ölkənin xarici işlər naziri Linas Linkyaviçus bazər ertəsi Makedoniyaya səfər edəcəkdi.
«Ümid edirəm ki, bizim dostlarımız, onların arasında ilklərdən biri Litvadır - protokolu ratifaksiya edəcək» - nazir bəyan edib.


Şərhlər