Menu

Asiya Kubokunda finalçılar müəyyənləşib

29.01.2019, 20:28
Asiya Kubokunda finalçılar müəyyənləşib

Futbol üzrə Asiya Kubokunda finalçılar müəyyənləşib.

"Report" xəbər verir ki, ikinci yarımfinal matçında Qətər və Birləşmiş Ərəb Əmirlikləri komandaları üz-üzə gəlib. 4:0 hesabı ilə qələbə qazanan Qətər yığması finala vəsiqə qazanıb. Komanda həlledici görüşdə Yaponiya ilə qarşılaşacaq.

Qeyd edək ki, digər yarımfinal görüşündə Yaponiya İranı 3:0 hesabı ilə üstələmişdi. Final matçı fevralın 1-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol