Menu

2 gündə 1800 yardım - İstilər

18.08.2014, 10:55
2 gündə 1800 yardım - İstilər

Son iki gündə havaların isti keçməsi səbəbindən Bakı Şəhəri Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı artıb.

Stansiyadan APA-ya verilən xəbərə görə, ayın 15-dək gün ərzində 1700-1800 müraciət daxil olurdusa, son 2 gündə bu müraciətlərin sayı 1800-ü keçib.

Məlumata görə, avqustun 16 və 17-də 5 nəfəri gün vurub. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində tibbi yardım göstərilib.

Ötən həftənin sonu 1 suda boğulma hadisəsi baş verib, həmin şəxs xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib.

Ötən həftə 1 nəfəri isə ilan sancıb, həmin şəxs xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol