«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Nordwind Airlines» şirkətinə məxsus təyyarə Moskvadan Venesuelanın paytaxtı Karakasa uçub.
Layner 500 sərnişinə hesablanıb, amma bu dəfə onun göyərtəsində sərnişin olmaıb. Bu zaman reysə iki ekipaj çıxıb ki, görünür bu da təyyarənin tezliklə geri qayıdacağından xəbər verir.
Qeyd olunur ki, hazırda təhlükəsizlik mülahizələrindən dolayı, Venesuelaya turlar satılmır, turistlərin və ya diplomatik işçilərin kütləvi evakuasiyası isə planlaşdırılmayıb. Həm də bundan əvvəl «Nordwind Airlines» şirkəti Venesuelaya uçuşlar həyata keçirməyib.
Bundan əvvəl KİV-də belə bir xəbər yayırdılar ki, Venesuela prezidenti Nikolas Maduronun mühafizəsi rusiyalı muzdlulara etibar edilib. Ancaq Moskva bu xəbəri təkzib etmişdi.
Hər necədirsə, təyyarənin bir qitədən digərinə boş uçması şübhələrə səbəb olmaya bilməz.


Şərhlər