Menu

Rusiyada senatoru iclas zalında həbs ediblər

30.01.2019, 12:07
Rusiyada senatoru iclas zalında həbs ediblər

Senator Rauf Araşukov Rusiya Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub.

“Report” “TASS”a istinadən xəbər verir ki, onun adı “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır.

2010-cu ilin martında A.Jurkov yaşadığı evin qarşısında güllələnib. R.Araşukov gənclər hərəkatı sədrinin ölümündə əlinin olması ittihamını rədd edir.

Qeyd edək ki, 32 yaşlı R.Araşukov Qaraçay-Çərkəz Respublikasından senator seçilib. R.Araşukov təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Turkbiyeviç Araşukovun oğuludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol