Menu

FIFA 2018-ci ildə transferlərə xərclənən məbləği açıqlayıb

30.01.2019, 19:59
FIFA 2018-ci ildə transferlərə xərclənən məbləği açıqlayıb

FIFA 2018-ci il üçün dünya futbol bazarındakı məlumatları açıqlayıb.

"Report" xəbər verir ki, klubların transferlərə xərclədikləri ümumi məbləğ 7.03 milyard təşkil edib. Bu, 2017-ci ildəki analoji göstərici ilə müqayisədə 10% artım deməkdir.

2018-ci ildə 16,533 beynəlxalq transfer reallaşıb ki, bu da əvvəlki ilə nisbətən 5.6% daha çoxdur. Bu transferlərə 175 ölkədən 14 186 oyunçu qatılıb.

31 klub 7.03 milyard dolların yarısından çoxunu xərcləyib. Bütün bu xərclərin 78.2%-i UEFA-ya üzv olan klubların payına düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol