Menu

Rusiya neft hasilatını azaldıb

30.01.2019, 19:57
Rusiya neft hasilatını azaldıb

Rusiya bu il gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətən 50 min barel, dekabr ayına nisbətən isə 100 min barel azaldıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.

Bu addım OPEC+ formatı çərçivəsində əldə olunan razılaşmaya əsasən atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol