Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CXP) başqanın müşüviri Muharrem İncə qurultayda sədrliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İncə bununla bağlı bu gün günorta saatlarında mətbuat konfransı keçirəcək.
Türkiyədə keçirilən prezident seçkisində məğlub olan CXP daxilində Kılıcdaroğluna qarşı istefa tələbləri güclənib. Partiya başqanlığına potensial namizəd kimi Muharrem İncənin adı çəkilir. CXP-nin növbədənkənar qurultayının keçiriləcəyi qeyd olunur.


Şərhlər