Azərbaycan hakimiyyəti, nəhayət ki, ölkə mediasında ciddi dəyişikliklərlə nəticələnəcək islahatlara başlamağa qərar verib.
Strateq.az-ın əldə etdiyi xəbərə görə, hazırda KİVDF-də fövqəladə iclas keçirilir. Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcək.
Məlumata görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunacaq.
Strateq.az-a çatan məlumata görə, maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetləri.
Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoe Vremya”nın adları çəkilir.
Xatırladaq ki, KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən “Eskspress” qəzeti çap fəaliyyətini dayandırıb.
***
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Strateq.az xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;
2. Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi.
Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevral ayının 1-dən martın 28-dək, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.
Hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyini diqqətə çatdıran Vüqar Səfərli bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb.
V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.
İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.
V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər.
Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.



Şərhlər
Kimi baqlayirlar baqlasinlar AMMA AZPOLİTİKANİ yox kinoda deyir professor sobacye serdce kinosu sovet qəzetlərin oxuyanda adamin iştahi qacir
Deyilər ki YAP-in 700 min nəfət üzvü vardir.Onda nədən YAP-in "Səs" "Yeni Azərbaycan" qəzetlərinə vəsait ayrilir?
KİVDF nin özünü birinci bağlamaq lazımdır .Qəzet buraxmaq kommersiya fəaliyyətidir özləri özlərini dolandıra bilməyənlər getsin Hadı Rəcəbli deyən işlə məşqul olsunlar.Kimdir o SƏS, Kaspi ni oxuyan Nəyə lazındır bu oxunmayan qazeti buraxmaq yəqin kim sə bundan yazşı qazanır
HƏLƏ 1998-Çİ İLDƏ QƏZET BAŞ REDAKTORU İDİM VƏ O ZAMAN QƏZET ACMAQ COX MUŞKİL İDİ BİNİ MEHMAN YAXŞİ BİLƏR. QURUMUN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ OLUB VƏ SONRA İSƏ BİZNES UNİVERSİTETİNDƏ DAVAM EDİB. NƏ İSƏ O VAXT QƏZETİ RESPUBLİKA YAYIMA VRMƏK İSDƏRDİM VUQAR RƏHBƏR İDİ. BİR HİSƏSİNİN İSƏ QASİDƏ. HƏR DƏFƏ YENİ MUSAVATIN 5 MİNƏ YAXIN NUXSƏSİNİ ÖTÜRÜB YAYIRDILAR BİZDƏN İSƏ CƏMİ 50 QAZET. BİZ İSƏ İQTİDAR QAZETƏSİ OLMUŞUQ BU İŞ HƏLƏ DƏ DAVAM EDİR BU NƏ YA?
Vəsat ayılan qəzütlər oxunan qəzetlər deyil. Oxunsaydı yardım nəyə lazım idi.Onsuz reket qəzetlər tanınır hamısı arxalı qəzetclərdir.G M DEDİKLƏRRİ İLƏ RAZIYAM.
Bir şeyi anlamaq gərək ki. Artıq qəzet erası sona çatır. Əslində maliyyələşməsi davam etdiriləcək qəzetlər də heç kim tərəfindən oxunmur.
yene sukurki hamsi baqlanmadi masin renksazlari TENDIRXANALAR ne istifade edecdiler
MEN BUNU TAM MESULIYYETIMLE DEYIREM KI,HAKIMIYYETIN LAZIMSIZ QAZETLERININ PULU MUELLIMLERIN CIBINDEN TUTULUR...SINIF REHBERLERI WAGIRDLERDEN TUTUR
Tam çılpaqlığı ilə aydındır ki, hakimiyyət özünün yaratdığı qəzetləri maliyyələşdirməkdə davam edəcək.
Bu Yeni Musavat Baki Xeber qazetlerini onsuzda oxuyan yoxdur bunlara vesait ayirmaq menasizdir
Azərbaycanda oxunmayan qəzetlərə maliyə yardımı ayırmaqdansa ,həmin pullara Bakı Kəndlərində göy-göyərti becərsələr xalqa da xeyiri olar.O sahədə işləyənlərə də .Hətta yüksək gəlir də əldə etmək mümkündür.Ümumiyətcə manitorinq keçirilsin ki,Qəzet köşklərindən gündə neçə qəzet alınır.Şəxsən mən ``Kaspidən`` başlamış digər Dövlət və ``Ədalət`` Qəzeti oxuyan adama rast gəlməmişəm.
Bu təşkilat yaranandan ilk ədalətli qərar verdi. Milli sərvətdən və vətəndaşların gəlirlərindən ayrılan vəsaitləri LAZİMsiz yerə xərcləməyə son vermək çoxdan vacib idi.Təbriklər. Bu cür LAZİM siz layihələr məmləkətdə həddən artıq çox yerdə var. "Darisi başına". İnşəallah.
Hal-hazırda YAP-da yeni parlament seçkiləri müzakirə olunur. Qəribəsi odur ki, KİV-də məlumat getmir.