Roma papası Fransis iki Koreyanı "bir ailə, bir xalq" kimi birləşməyə çağırıb.
Cənubi Koreyaya beş günlük səfərini yekunlaşdıran Roma papası avqustun 18-dəki çıxışında deyib: "Bağışlamaq barışmağa aparan qapıdır".
Papa Seulda Koreyaya daxili sülh və barışıq üçün keçirilən dini ayində danışıb. Ayinlə eyni vaxtda illik Cənubi Koreya-ABŞ hərbi təlimi də başlayıb.
Şimali Koreya isə hədələyib ki, "əgər bu təlimlər davam etsə, amansızcasına... qabaqlayıcı hücuma başlayacaq".
Şimali və Cənubi Koreya 1950-53-cü illər müharibəsindən sonra sülh sazişi imzalamalıdır.


Şərhlər