Menu

Sabah Robert Köçəryanın məhkəməsidir

31.01.2019, 21:27
Sabah Robert Köçəryanın məhkəməsidir

Fevralın 1-də, yerli vaxtla saat 15.00-da İrəvanda Ermənistanın eks-prezidenti Robert Köçəryanın məhkəmə prosesi keçiriləcək. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, müdafiə tərəfi keçmiş prezidentin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına etiraz etdikləri üçün vəsatət qaldırıb. Vəkil Ayk Alumyan mətbuata deyib ki, müdafiə tərəfi bu gün məhkəməyə şikayət ərizəsini təqdim edib. Vəkilin sözlərinə görə, prosesdə Köçəryanın çıxışı gözlənilir.

Qeyd edək ki, Ermənistanın xüsusi istintaq qrupunun mürackiəti əsasında R.Köçəryanla bağlı həbs qətimkan tədbiri 18 yanvarda daha iki ay müddətinə uzadılıb və girov müqabilində onun azadlığa buraxılması barədə müdafiəçilərin vəsatəti təmin edilməyib. Odur ki, vəkillər apelyasiya şikayəti veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol