Menu

«Makedoniya tezliklə NATO-ya daxil olacaq» - Stoltenberq

31.01.2019, 23:01
«Makedoniya tezliklə NATO-ya daxil olacaq» - Stoltenberq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Yunanıstanla əldə olunmuş sazişin sayəsində Makeodoniya tezliklə alyansın tamhüquqlu üzvü olacaq.

Onun sözlərinə görə, Makedoniyanın NATO-ya birləşməsi protokolun bütün müttəfiqlər tərəfindən imzalanmasından sonra mümkün olacaq.

Baş katib qeyd edib ki, bütün 29 alyans ölkəsi sənədi yaxın vaxtlarda imzalayacaq, buna qədər isə Makedoniya NATO iclaslarında «dəvət olunmuş tərəf» statusunda iştirak edəcək. Məlum qərarına görə, Stoltenberq Yunanıstan hakimiyyətinə təşəkkür edib və bildirib ki, bu qərar bölgədə sabitliyi, sülhü möhkəmləndirəcək

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol