Alman kəşfiyyatının Türkiyə rəsmilərinin məxfi danışıqlarını dinləməsi ilə bağlı qalmaqal səngimək bilmir.
Axar.az xəbər verir ki, bununla bağlı Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız jurnalistlərə açıqlama verib.
Yıldız açıqlamasında səs yazıları ilə bağlı heç kimi bağışlamayacaqlarını deyib: “Bu dinləmələri bağışlamayacağıq. Mənimlə bağlı olan səs yazılarını hər halda qapı qonşuma verməmisiniz. Daha uzaqlara verdiniz?”.
Nazirin sözlərinə görə, hazırda bununla bağlı Xarici İşlər Nazirliyində mühüm iş aparır.


Şərhlər