Menu

Türkiyədə Rusiya üçün yeni "Toyota" istehsal edilir

01.02.2019, 12:11
Türkiyədə Rusiya üçün yeni "Toyota" istehsal edilir

Türkiyədəki "Toyota" zavodunda Avropa və Rusiya bazarları üçün "Toyota Corolla" sedanlarının yığımına başlanılıb.

Trend-in məlumatına görə, konveyerin işə salınması mərasimində "Toyota Motor Europe"in menecerləri, yerli məmurlar və Türkiyənin vitse-prezidenti Fuad Oqtay iştirak ediblər.

Rusiya və Avropa ölkələri üçün modifikasiyalar ön hissənin dizaynı ilə universallar və hetçbeklərdən fərqlənəcək.

Həmçinin istehsal xəttində 115 at gücü ilə 1.2 l turbomühərrikli avtomobillər olmayacaq. Bunun əvəzinə 132 at gücündə 1.6 l atmosfer mühərrik quraşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol