«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa diplomatiyasının başçısı Federika Moqerini xəbər verib ki, Venesuladakı situasiya ilə beynlxalq təmas rupu məşğul olacq. Qrupun yaradılmasının təşəbbüskarı rolunda Avropa İttifaqı (Aİ) ölkələri və bir sıra Latın Amerika dövlətləri çıxış edib.
Qrupun tərkibinə Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Ekvador və Boliviya daxildir. Onu Aİ koordinasiya edəcək. Təmas qrupunun ilk görüşü Latın Amerikasında keçiriləcək.
Xatırladaq ki, yanvarın 21-dən başlayraq, Venesuelanın fəaliyyətdə olan prezidenti Nikolas Maduroya qarşı etiraz aksiyaları keçirilir. Müxalifət lideri, parlamentin spikeri Xuan Quaydo isə özünü müvəqqəti dövlət başçısı elan edib.


Şərhlər