Menu

Ermənistanın xaricdəki diplomatlarının sayı xeyli azaldılır

01.02.2019, 15:55
Ermənistanın xaricdəki diplomatlarının sayı xeyli azaldılır

Ermənistanın xaricdəki diplomatlarının sayı 20-30 faizədək ixtisar edilir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, diplomatik korpuslardan əməkdaşların ixtisarı ilə bağlı tapşırıq aldıqlarını bildiriblər.

Ermənistanda dövlət sektorunda ixtisarlar artıq başlayıb. Vergi və gömrük xidmətlərini birləşdirən Dövlət Gəlirlər Komitəsinin 128 əməkdaşı, Maliyyə Nazirliyində isə 84 məmur tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Ermənistanın Danimarkadakı səfirliyi də bağlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol