Menu

“Elektron kitab oxumaq əlehqaz geyinib qızılgül iyləmək kimi bir şeydir” - Aqil Abbas

01.02.2019, 17:16
“Elektron kitab oxumaq əlehqaz geyinib qızılgül iyləmək kimi bir şeydir” - Aqil Abbas

“Kəndlərdə kitabxana qalmayıb. Elektron kitabxanaya kim gedəcək? Mən buna inanmıram. Evdə telefonu, komputeri olan elə kitabxanaya getməz. Kitab nəfəsdir, sevdiyin qız kimidir, gözəllikdir. Kitabı sinənin üstünə qoyursan, istiliyini alırsan, oxuyursan. Elektron kitab oxumaq əlehqaz geyinib qızılgül iyləmək kimi bir şeydir”.

“Report” xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, rayonlarda kitabxanaların sayı artırılmalıdır: “Kitab mağazaları da bağlanıb, yerində ət satılır. Kitab istəyən haradan almalıdır? Vaxtilə Ağcəbədidə atamın hesabına kitabxana tikdirmişəm, qarşısına da Füzulinin büstünü qoymuşam, bu gün də fəaliyyət göstərir. İmkanlı şəxslərdən, deputatlardan xahiş edirəm ki, hərə öz kəndində kitabxana tikdirsin. Restoran tikdirirlər, özləri bilərlər, nə olardı ki kitabxana da tikdirəydilər”.

Şərhlər

Gülzar İbrahimova Hidayət qızı 2019-02-01 17:16:07

Gülzar İbrahimova Çox sağ olun, əziz Ziyalı insan! Aqil Abbas! Bu gün bir yazıçı kimi nağıllarım yutubda 5 milyon baxış toplayıbsa, yazdıqlarım sevə sevə oxunursa, deməli insanlara lazımam. Məni cəmiyyətə gərəkli edən kitabxana olub. Nə məktəb, nə müəllim, nə valideynim mənə bunu verməyib. Onlar hamıya dedikləri kimi oxu, mənə də deyiblər. Ətrafımda hamı yazıçı olmadı, mən oldum. Çünki, hər gün kitabxanaya gedirdim. Özü də yol da keçmirdim, düz evimizin yanında idi. Bu qədər oxucu sevgisi ilə əhatə olunduğuma görə Yasamal kitabxanasına borcluyam. Kitabxana o kəslərə lazım deyil ki, onlar oxumadan, əlinə bir kitab almadan pul qazana bilir və hər şeyin gözəlliyini pulda görür. Eləsinin boş mənəviyyatı pula bağlıdır. Puldan uzağı görə bilmir. Amma bir ziyalı təbəqə - xanım kitabxanaçılar var ki, insanlar oxuduqca onlar sevinir, cəmiyyətin maariflənməsi yolunda fədakarcasına çalışırlar. Baxmayaraq 150 manat əmək haqqı alırlar, amma bu işə ürəkdən, can yandırırlar,
Qaranlıq kitabxanalarda tədbirlər keçirirlər, sevinə-sevinə keçirdikləri tədbirlərin qaranlıq şəkillərini Feyzbukda paylaşırlar. Gördükləri işlərdən zövq alırlar. Ayıb deyil, bu kitabxanaçılara qarşı bu nə kampaniyadır başlayıblar? Yazıqlar işi itirmək qorxusundan həyəcanlıdırlar. Rayon kitabxanasında işləyən toyuq saxlas ondan çox pul qazanar. Onlar sadəcə işlərini sevirlər, ona görə həyəcanlıdırlar. Ümidvaram ki, sizin kimi ziyalı şəxslərin köməyi ilə Kitabxanalar və Kitabxanaçılar haqda düzgün qərar çıxarılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol