Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.
“Report”un Berlin bürosunun verdiyi məlumata görə, buna səbəb alban və serblərin nalayiq hərəkətləri və həmin ərazidə yanlarında həmyerli qadınların da olduğu azərbaycanlıların sərt reaksiyası olub.
Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup serblər və albanlar azərbaycanlılara soyuq silahlarla hücum edib. Nəticədə Surxay və Ruslan adlı azərbaycanlı xəsarət alıb. Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb.


Şərhlər
qardas serblerle albanlar bir birinin qanini icir bizle ermeni yalaniq onlarin yaninda bir az basadusulen olmadi neise bu mesele albanlarin azerbaycana cox isti munasibetini goruruk vallah men inanamadim belke bizimkilerle albanlar serblerle dava edibler