«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyada 2,2 milyondan artıq sakin qriplə xəstələnib. Bu barədə səhiyyə, əmək və firavanlıq nazirliyinə istinadla, «NHK» telekanalı xəbər verib.
Qeyd olunur ki, 21-27 yanvar tarixlərində Yaponiya xəstəxanaları orta hesabla qripə yoluxmuş 57 xəstəni qəbul edib. Bu, 1999-cu ildən bəri rekord göstərici sayılır.
Tibb işçiləri əhaliyə əllərini tez-tez yumağı, maska geyinməyi və vaxtında həkimə üz tutmağı tövsiyyə edirlər.
Bu arada, ötən həftə ərzində Yunanıstanda qripdən 12 nəfərin öldüyü bildirilir.


Şərhlər