Menu

“Qazprom” son 5 ilin ən yüksək hasilatına imza atıb

02.02.2019, 13:26
“Qazprom” son 5 ilin ən yüksək hasilatına imza atıb

“Qazprom” 2017-ci ilin yanvarı ilə müqayisədə bu ilin yanvarında qaz hasilatını 3,8% artırıb. “Report” xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Məlumata görə, bu il yanvar ayında 47,4 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 mlrd. kubmetr çoxdur.

Bu, “Qazprom”un 2015-ci ildən bəri qeydə alınan ən maksimal qaz hasilatıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol