Menu

Bərdədə küçəyə atılan körpələrin anası tapılıb - YENİLƏNİB (VİDEO)

04.02.2019, 10:47
Bərdədə küçəyə atılan körpələrin anası tapılıb - YENİLƏNİB (VİDEO)

"Bərdə rayonunda yolun kənarından tapılan körpə bacı-qardaşla bağlı iş icraata götürülüb".

Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, məsələnin araşdırılması yerli monitorinq komissiyasına tapşırılıb: "Hazırda komissiya məsələni araşdırır və valideynlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır".

Qeyd edək ki, fevralın 3-də Bərdə rayonunda yolun kənarından körpə bacı-qardaş tapılıb. Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir. Bu gün səhər saatlarında körpələrin anası tapılıb.

* * *

Bərdə rayonunda küçədən tapılan iki az yaşlı uşağın anası tapılıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıb.

Məlum olub ki, uşaqların anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.

Bərdə rayonunda işləyən Y.Osmanova "Report"un yerli bürosuna uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib: "Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o aparan evə iş yoldaşıma verib".

Faktla bağlı araşdıma aparılır.

[gallery columns="4" size="full" ids="487700,487701,487702,487703"]

* * *

Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, uşaqlar küçəyə anaları tərəfindən atılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Lakin onlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib, polis onların valideynlərini axtarır.

Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.

Şərhlər

Bashirov Qarib 2019-02-04 10:47:56

Bu cəmiyyətin faciəsidir.Bu faciəni yaşadanlara ar olsun.H.Rəcəbliinin dediyi uşaqların ugurlu sosial mudafiəsi dediyi bu olmuş olar.Ana çırpınır,övladını yaşatmaq uçun hər işə razıdır,iş də yoxdur.Uşaq pulu da,bəlkə də aliment pulu vermirlər.Və ana cinayət törədir-uşaqlarını atır,ölumə tərk edir.Kimsə yoxmu,kimsə yoxmu bu dəhşətə,bu vəhşətə dur desin.Hanı bu dövlətin varı- dövləti,bu tifillərin haqqını talayanlar Allaha nə cavab verərlər.

t.ədalət 2019-02-04 10:47:56

İşsizlikdən əhalinin əksəriyyəti pulsuz qalır, balalarına vermək üçün çörək tapa bilmir.Ancaq,bu,valideynlərə balalarını küçəyə atmağa haqq vermir.ÜSY almaq da kasıblara yüz cürə süründürməçiliklə başa gəlir.Bir də ki ÜSY pulu ilə dörd nəfərlik ailə heç on gün yaşaya bilmir.Bu uşaqların anası tapılmalı,dövlət yardım verməlidir.

Kəmalə 2019-02-04 10:47:56

Soruşmaq ayib olnasin bu körpələrin dədəsi hardadi.Qadin usaqi atasi evindən gətirməyib ki?Axir ki bu usaqlarin dunyaya gəlmədinə səbəb olan atalari var.Ana niyə kafelərdə gunəmuzd isləyib usaqi tək boyutməlidir.Odur ki usaqlarin dədsin tapib cəzalandirmaq lazimdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol