Menu

"Kəşfiyyatın əməkdaşları bizi lazım olmayan müharibəyə cəlb etdilər" - TRAMP

04.02.2019, 08:44
"Kəşfiyyatın əməkdaşları bizi lazım olmayan müharibəyə cəlb etdilər" - TRAMP

ABŞ prezidenti Donald Tramp Amerika kəşfiyyat xidməti orqanlarının İranın nüvə sazişinə əməl etməsi fikri ilə razı deyil.

“Report” xəbər verir ki, o bunu CBS telekanalına müsahibəsində deyib.

"Mənim kəşfiyyatım var, amma bu o demək deyil ki, mən onlarla razı olmalıyam", - deyə Tramp bildirib və Kiçik Corc Buşun İraqda hər növ kütləvi qırğın silahının olmasına dair kəşfiyyat məlumatlarına inanmasını nümunə gətirib.

"Kəşfiyyatın həmin əməkdaşları nə etdiklərini tamamilə anlamırdılar və bizi iştirak etməyin heç vaxt lazım olmadığı müharibəyə cəlb etdilər", - deyə Tramp bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol