Menu

İraqda zəvvarlar minaya düşüblər - Ölən və yaralananlar var

04.02.2019, 09:24
İraqda zəvvarlar minaya düşüblər - Ölən və yaralananlar var

İraqın Balad şəhərində zəvvarları aparan avtobus yol kənarındakı minaya düşərək partlayıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Sumaria" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Təhlükəsizlik orqanları hadisə yerinə yollanıblar, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol