CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! - ADY QSC-dən qəribə cavab gəldi (Yenilənib)

Beynəlxalq aləmdə Azərbaycan dövlətinin etibarını zədələyəcək, xarici şirkətlərin Bakı ilə ticari münasibətlərdə daha ehtiyatlı mövqe tutmasına səbəb olacaq qalmaqallı məhkəmə prosesi başlayıb. Yavarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Latviyanın “ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Şirkətin iddiasına eyni zamanda Latviya Arbitraj Məhkəməsində də baxılacaq. Bəs iddia nədən ibarətdir?

“AzPolitika.info” saytına verilən məlumatlardan və təqdim olunan sənədlərdən belə məlum olur ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar. Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.

Bu müqavilənin sonradan tərəflər arasında niyə məhkəmə çəkişməsinə səbəb olduğuna keçməzdən əvvəl diqqətimizi cəlb edən maraqlı bir detalı qeyd etməyi lazım bilirik. Belə ki, Cavid Qurbanov Latviya şirkəti ilə bu müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyinat aldıqdan (9 fevral 2015-ci il) cəmi 3 həftə sonra imzalayıb.

Bu cür yüksək dəyərə malik bir müqavilənin belə qısa müddətdə hazırlanaraq imzalanması maraq doğurur. Əlbəttə, Cavid Qurbanovun təyin olunar-olunmaz dərhal işə başlamasını təqdir də etmək olar. Ancaq müqavilə bağlanarkən tələskənliyə yol verilməsinin sonradan bir sıra suallar və problemlər doğurduğunu da qeyd etməliyik.

Bunu bir müddət sonra ilkin müqavilədə əksini tapmayan məsələlərin həlli üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında əlavə razılaşmaların imzalanması da təsdiqləyir. Məsələn, 370 700 avro dəyərində olan ikinci razılaşmada ilkin müqavilədə “yaddan çıxan” müddəalar əks olunub.

Belə ki, ilkin müqavilədə elektrik qatarlarının “Azərbaycan Dəmir Yolları” QSC-yə Riqada təhvil verilməsi nəzərdə tutulub ki, bu da görünür, müəyyən problemlər yaradıb. Hər halda 01 oktyabr 2015-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında imzalanan 370 700 avroluq əlavə razılaşmada 5 qatarın Azərbaycana nəql edilməsi (104 500 avro müqabilində), həmin qatarlarda radiostansiyaların quraşdırılması (57 200 avro müqabilində) və 3301 saylı qatarın 2 baş vaqonun modernləşdirilməsi (209 000 avro müqabilində) nəzərdə tutulub. Müqavilənin müddəti isə 2015-ci ilin dekabr ayının 31-ə qədər uzadılıb.

Ancaq maraqlıdır ki, müqavilənin üzərindən 3 il keçdikdən sonra tərəflər arasında məhkəməyə qədər gedib çıxan mübahisə yaranıb.

“AzPolitika.info” saytına daxil olan məlumata görə, Latviyanın “ALBUVE” ASC şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib - həm Bakıda, həm də Latviyada.

Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq “ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər “Azərbaycan Dəmir Yolları” QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.

“AzPolitika.info” saytına verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC borclu qaldığı 522 000 avro vəsaiti ödəməməsinin səbəbi kimi “ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərir.

Ancaq şirkətin təmsilçiləri bunun həqiqətə uyğun olmadığını iddia edirlər. Bildirirlər ki, əvvala ortada təhvil-təslim Aktı var.

İkincisi, elektrik qatarının birinin qiyməti təxminən 934 min avroya bərabərdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyanın “ALBUVE” ASC şirkətinə isə cəmi 522 000 avro borcu qalıb. Əgər Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə niyə ona əlavə 412000 avro ödənilib?

Üçüncüsü və ən əsası, Latviya şirkəti əgər doğrudan da elektrik qatarlarından birin təhvil verməyibsə, niyə “Azərbaycan Dəmir Yolları” QSC ötən 3 il ərzində “ALBUVE” ASC-ni məhkəməyə verməyib?

Eyni zamanda Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə, təhvil-təslim Aktı “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri tərəfindən nəyə görə imzalanıb?

Beləliklə, nə qədər təəccüblü olsa da, belə çıxır ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyadan aldığı 5 elektrik qatarından biri yoxa çıxıb. Baxmayaraq ki, Azərbaycan dövləti bu qatarların pulunu son qəpiyinədək ödəyib! Lakin təxminən 2 milyon manat dəyərində olan bir qatar ortada yoxdur və Latviya Şirkətinə də 1 milyon manatlıq borc yaranıb.

“Latviya şirkətinə ödənilməli olan pulun Gürcüstan üzərindən bir Avropa ölkəsinə - Avstriyaya ötürüldüyünə dair çox ciddi şübhələr var”, - mənbə həmçinin bildirib.

Bu şübhənin hansı məlumat və faktlara əsaslandığı haqda daha sonra. Hələlik diqqəti “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı şok iddia əsasında başlayan məhkəmə proseslərinə yönəltmək niyyətindəyik.

İlk iclas fevralın 5-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baş tutmalıdır.

Qeyd edək ki, mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə ünvanladığımız yazılı sorğuya hələ ki, cavab verilməyib. QSC-nin mövqeyi əlavə olunacaq.

***

"AzPolitika.info"nun fefralın 4-də göndərdiyi sorğuya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində bu gün - fevralın 6-da cavab verilib. Cavabı olduğu kimi təqdim edirik:

"“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Latviyanın SIA Albuve şirkətindən elektrik qatarlarının alınması barədə 2019-cu il 4 fevral tarixində bəzi internet informasiya ehtiyatlarında verilmiş sorğu ilə bağlı aşağıdakıları qeyd edir:

“Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın SIA Albuve şirkəti arasında elektrik qatarlarının alınmasına dair bağlanmış müqavilə üzrə Latviyanın SIA Albuve tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyinə görə məsələnin həlli hazırda məhkəmə müstəvisində araşdırılır. Bununla əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən SIA Albuve şirkətinə qarşı bir sıra tələblər irəli sürülüb, həmçinin zəruri sübutlar aidiyyəti məhkəməyə təqdim edilib.

Qeyd olunan məsələ ilə əlaqədar internet informasiya ehtiyatları vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-ə ünvanlanmış suallar yuxarıda göstərilən mülki-hüquqi müqavilə üzrə konfidensial xarakterli məlumatlara aid olduğundan, məsələ ilə bağlı müvafiq məlumatlar yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada üçüncü şəxslərə verilə bilər".

“Azərbaycan Dəmir Yolları” QSC -nin 2 gün sonra saytımızın sorğusuna verdiyi cavab təəccüb və təəssüf doğurur.

Əvvala ona görə ki, sorgumuzun cavabı kimi göndərilən mətndə suallarımızın heç birinə cavab verilməyib.

İkincisi,  “Azərbaycan Dəmir Yolları” QSC-nin dövlət büdcəsindən ayrılan vəsaitlə Latviya şirkətindən elektrik qatarları alması niyə konfidensial xarakterli məlumatlara aid edilməlidir?  Məgər “Azərbaycan Dəmir Yolları” QSC özəl şirkətdir ki, müqavilələri kommersiya sirri olsun?

Üçüncüsü, üzərindən 3 il keçəndən sonra Azərbaycan dövlətinin vəsaiti hesabına alınmış bir qatarın yoxa çıxdığı faktı ortaya çıxıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin borcudur ki, bu qatarın harda olduğunu dövlət büdcəsinin əsl sahibinə - Azərbaycan xalqına açıqlasın. Bundan imtina edilməsi ictimaiyyətə hörmətsizlikdir. 

Dördüncüsü, "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi istəsə də, istəməsə də bu məsələ artıq ictimailəşib. "ALBUVE” ASC  həm Bakıda, həm də Riqada məhkəməyə müraciət etməklə yanaşı, bağlanmış müqavilələri, sənədləri mətbuata da təqdim edib. Bununla bağlı şirkətin irəli sürdüyü iddialar saytımızda dərc olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi bu idddiaları cavablandırmaq əvəzinə susmağa qərar verib. Susmaq isə razılıq əlaməti sayılır. Belə çıxır ki, Latviya şirkəti iddialarında haqlıdır...

Sonda “Azərbaycan Dəmir Yolları” QSC -yə 2 gün əvvəl göndərdiyimiz sorğuda cavab istədiyimiz sualları saytımızın oxucularına da təqdim edirik. Və hörmətli Cavid müəllimin bu suallara cavab verəcəyinə ümid edirik:

1. “Azərbaycan Dəmir Yolları” QSC-nin Latviyanın “ALBUVE” ASC şirkətinə 522 000 avro borclu qalmasına dair iddiası əsaslıdırmı? Əsaslıdırsa bu vəsaitin ödənilməsindən niyə imtina edilir?

2. Əgər bu vəsait qeyd olunduğu kimi elektrik qatarının bir ədədinin təhvil verilməməsi göstərilərək ödənilməyibsə, niyə 522 min avro borc qalıb? Axı elektrik qatarının birinin qiyməti təxminən 934 min avroya bərabərdir. Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə, niyə ona əlavə 412 000 avro ödənilib və indiyədək məhkəmə qaydasında bu pul şirkətdən geri tələb olunmayıb?

3. Ümumiyyətlə, Latviya şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyib, elektrik qatarlarından birini təhvil verməyibsə, niyə “Azərbaycan Dəmir Yolları” QSC “ALBUVE” ASC şirkətini ötən 3 il ərzində məhkəməyə verməyib?

4. Latviya şirkəti elektrik qatarlarından birini təhvil verməyibsə, təhvil-təslim Aktı QSC-nin nümayəndələri tərəfindən nəyə görə imzalanıb?

5. Büdcədən elektrik qatarlarının alınması ilə bağlı nə qədər vəsait ayrılıb və bunun nə qədəri xərclənilib?

6. Büdcədən elektrik qatarlarının alınması üçün ayrılan vəsaitin bir hissəsinin Avropa ölkələrindən birində başqa istiqamətlərə yönəldildiyinə dair iddialar nə qədər doğrudur?

Murad MƏMMƏDOV

“AzPolitika.info”

635x100

Şərhlər

Ələkbərə 2019-02-06 13:50:52

.... Kim ona nə deyəcək?

sözə baxan 2019-02-06 13:50:52

Bizim bəzi “ziyalılarımız” Cavid Qurbanova xoş gəlməkdən, yanında yaxşı olmaqdan ötrü dəridən-boğazdan çıxır, günaşırı babası Aşıq Şəmşirə mədhiyyələr deyirlər. Ağıllı iş görürlər. İşləri ona görə rəvan gedir. Mən Aşıq Şəmşiri o “ziyalılar”dan az istəmirəm. Lakin hər şeyin təhəri var. Nə qədər ət tökən sözlər deyəsən? Bəsdirin, şit tərifə bir az ara verin. Heç rəhmətlik Aşıq Şəmşiri xalqımıza tanıtdıran Səməd Vurğunu o qədər mədh etmirlər, nəinki Aşıq Şəmşiri. Xalqımızın aşıqları yaddan çıxıb. Elə bil Azərbaycan bir Aşıq Şəmşir yetirib. Hanı Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Alı və s. və s. Saymağnan qurtaran deyil.

sözə baxmayan 2019-02-06 13:50:52

Vaxtilə atası Kəlbəcəri yeyib dağıtdı. Onun pulları ilə də oğlu irəli çəkildi. Cavidi bir az sıxsalar bizim acığımıza 5 vaqon yox, 55 vaqon alar, heç "uf" da deməz. İndi oğul istəyirəm onu sıxslın görüm necə sıxar. Çünki vaxtında tez tərpəndi. Allah Sənə qəni-qəni rəhmət eləsin ey Ulu Öndər!

Moshu 2019-02-06 13:50:52

Ay AYRİM qardaş, birincisi, ölmə, Moşu canı onun yazısı məsul redaktorun qələmindən çıxmayıb, Moşu özü yazıb, nədən belə qərara gəlmisən anlamadımn. Yeri gəlmişkən, birinci şərhdə dediyim icra başçısı Sizin rayonun başçısıdır

Moshu 2019-02-06 13:50:52

Xatirinizdədirsə, 1994-cü il 15 noyabr tarixdəHeydər Əliyevin 237 nömrəli müvafiq Fərmanı ilə Cavid Qəmbər oğlu Qurbanov işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilmişdir. Çox nadir hallarda belə motivlə kimisə işdən azad edirlər. Hər bir insanın işində nöqsan ola bilər, əgər nöqsana ciddi xarakteri verilirsə, deməli artıq bu nöqsan deyil... Vəzifədən sui-istifadə isə Cinayət Məcəlləsinin 308-ci maddəsinə görə ən yaxşı halda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır........ Vikipediyaya daxil olun, Cavid Qurbanovla bağlı məlumat əldə etmək istəsəniz bu barədə heç bir bilgi əldə edə bilməzsiniz. Bu məlumatı gizlətmək hansı məqsədə xidmət edir?Azdan-çoxdan məntiq dərsi keçmişik. Hamının Ulu Öndər bildiyimiz dünya şöhrətli insanın vəzifədən uzaqlaşdırdığı biri yenidən deputat, nazir postuna oturub... Sonra da deyirik ki, bu niyə belə oldu? Bəs nə cür olmalıdır? .....

Moshu 2019-02-06 13:50:52

Hörmətli Azpolitika, prinsipial yazılarınıza görə az qala Sizi sevəcəydim. Amma başa düşmürəm, nəyə görə mənim şərhimi sünnət edirsiniz? Özümün də ağlım kəsir ki, bu sünnəti özüm də edə bilərdim. O fərmanı hansı cətinliklə əldə etməyimi görsəydiniz belə cərrahi əməliyyata yol verməzdiniz. İstənilən halda çox sağ olun, mən də gəmidə oturub gəmiçi ilə dava edirəm

o.b.n 2019-02-06 13:50:52

İtən Qatarı axtarırıq...

Moshu 2019-02-06 13:50:52

.. Azərbaycan Allahın yer üzünə bəxş etdiyi nadir ölkələrdən biridir. Bizim hər cür yaxşı yaşamağa, ölkəmizlə fəxr etməyə haqqımız var. Cənab Prezident tamahlarına güc gələ bilməyən “padşahcıqları” vəzifəsindən azad edərsə, heç kimin bu dövlətdən bir narazılığı olmaz, quzu da qurdla bir yaşayar.

Moshu 2019-02-06 13:50:52

Bunu verməyə ehtiyac duymuram. Deyəsən barışası olduq. TƏŞƏKKÜRLƏR

AYRİM 2019-02-06 13:50:52

Moşunun yazisi ən azindan məsul redaktorun qələmindən cixib, mən olüm...

Moshu 2019-02-06 13:50:52

Respublikanın ucqar rayonlarının birində bir icra başçısı var idi (həmin rayondan olanlar kimdən söhbət getdiyini bilərlər). Rayonun və əhalini “xoşbəxt” etmişdir. Camaat elə hər gün gözləyirdi ki, nə vaxt onu rayondan rədd edəcəklər və camaatın canı dincələcək? Hazırda adı yadımdan çıxıb (Allah rəhmət eləsin), bazarda keçmiş müsavatçı alver edirdi. Hamı ona atmaca sual verirdilər ki, sən ağıllı adamsan, de görək bu yaramazı nə vaxt işdən çıxaracaqlar? O da bir az ağıllı görkəm alandan sonra cavabında deyirdi ki, narahat olmayın, bundan yaramazını, axmağı tapan kimi onu azad edəcəklər. Elə də oldu. O başçıdan sonra gələnlər onun ölənlərinə rəhmət oxutdular. Elə bilirdiniz Ziya Məmmədovdan sonra gələn yaxşı olacaq, Arif Əsgərov heç də əvvəlkindən yaxşı olmağı bacarmadı, Cavid Qurbanov onların ölülərinə də dirilərinə də rəhmət oxutdurur.....Cavid Qurbanovu kim tanımırdı? Ən azından rəhmətlik Heydər Əliyev vaxtında onun kim olduğunu böyük ustalıqla müəyyənləşdirmişdir.

Ələkbər 2019-02-06 13:50:52

Kommentariləri Gavid bəyə oxuyun,blsin ki,hamı bilir o kimdir!

Electrovoz 2019-02-06 13:50:52

Itmis vagonu ukrainada axtarin. onun jerini Aliriza jaxsi bilir.

Бовин 2019-02-06 13:50:52

Я тоже знаю где вагон . Прошу выкуп

talis 2019-02-06 13:50:52

ƏMİSİ USAQLARINDAN SORUŞUN ONLARIN ƏLLƏRİ UZUNDU. GEDİB ERMƏNİSTANA KİMİ CATIR .....

елмердан шахмеммедов 2019-02-06 13:50:52

Ерманистанда ахтарын....

Van Gogh 2019-02-06 13:50:52

Kişi Devid Kopperfiled kimi qatarı yoxa çıxarıb, bunun nəyin pisdir axı? Təsəvvür edin, Olimpiya stadionunda şou təşkil etsə, ölkəmizə turist axını necə güclənər. Amma qədrini bilmirik, elə hey asıb-kəsirik.

fikrət 2019-02-06 13:50:52

MƏN BİLİRƏM VAQON HARDADİ ƏL AYAQA DÜŞMƏYİN QATARİ SOMALİDƏN PİRATLAR OQURLAYİB 100 % OLARİN İŞİDİ ONLARİ MƏHKƏMƏYƏ VERMƏY LAZİMDİ YADA QƏNİRƏ PAŞAYEVANİ ORA ĞÖNDƏRMƏY LAZİMDİ

azeri 2019-02-06 13:50:52

Merhum H/Aliyev .... Hardan peydaoldu Ziyanin yaxshi pul getiren oglani?

t.ədalət 2019-02-06 13:50:52

Bu hadisə yadıma "Ələt-Astara" magistiral yolunun çəkilişi zamanı Kür çayının üzərində qurulan körpünün dəmir karkasının oğurlanmasını saldı.Abid Şərifovun arvadının adına olan firma Türkiyədən gətirilən ağır çəkili karkası necə aradan çıxardısa,gördüm-deyən olmadı.Elə qatar da karkas kimi oğurlanıb.

o.b.n 2019-02-06 13:50:52

Litov məmurları saxtakar deyil,onlar öz dövlətini pula görə alçatmazlar,onlarda qanun alidir.El.qatari yolda BR, UR,RF,GR-də yada haystvnda axtarın.Ən sakit yol, qalan pulu ödəyin iş bağlansın.

S.H. 2019-02-06 13:50:52

....

Gənc Molla 2019-02-06 13:50:52

Cavid məllim savadlı biznesmendir.Olsun ki,yolda rast müştəri çıxıb babat qiymətə qatarın birini satıb.Bilsəydi ki,üstü açılacaq,bəlkə də eləməzdi.Burda nə qəbahət var ki,hələlik 4 Qatar bəsimizdir.Onsuz da Dəmir Yolu nəqliyatında qiymətlər ``od tutub yanır``.

Məlikməmməd 2019-02-06 13:50:52

Burada bir ehtimal ortaya çıxır vaqonun pulu köçürülüb,birinin dəyəri isə otkat edilib.Yəni nəqğd geri verilib.Latviya isə qaytarılan pulun vaqonun haqlı olaraq göndərməyib.Axı o boyda vaqonu kim oğurlayıb hara apara bilər?Belə hal Azərbaycan praktikasında ola bilər.

Hasan 2019-02-06 13:50:52

Cavid Qurbanovu ulu önder heder yere işdən atmamışdır.... Odur ki, burada teecüb doğuran heç ne yoxdur. Cavid Qurbanovun adı haradadırsa ...

TALİS 2019-02-06 13:50:52

500 MİN AVRO NƏDİ Kİ AXİ CAVİD ÜCÜN BU QƏDƏR ƏNDƏLƏŞİRSİZ YA? LAZIM OLSA O QƏDƏR DƏ ÜSTÜNƏ QOYUB BAĞLAYAR SÖHBƏTİ. SİZ HƏLƏ BINI TANIMIRSİZ Kİ ? BU ADAM SUDA BATIB ODDA YANMAYAN DEYİLMİ YA? ONUN ƏMƏLLƏRİNİN QARŞISINDA 500 MİN AVRO? COXXXX GÜLMƏLİDİR.ONUN TÖRƏMƏLƏRİ VAXTINDA CAMADANINI DAŞIYANLAR İNDİ AZƏRYOLDA 1 MİLYON EVRONU PARA SAYMIR. O Kİ QALDI ÖZÜ...BOŞ-BOŞ ŞEYLƏRDİ FİKİR VƏRMƏYİN.

Ayzek 2019-02-06 13:50:52

Yoxa çıxan qatarı İrəvan-İcevan reysində görüblər...

Son yazılar