Menu

AFFA tenderlər elan edəcək

04.02.2019, 21:07
AFFA tenderlər elan edəcək

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) affa.az saytı vasitəsilə tenderlərin tətbiqinə başlayır.

"Report" xəbər verir ki, AFFA-nın müxtəlif layihələri üzrə zəruri texnika, avadanlıq, mal-material alınması üçün ictimaiyyətə açıq tenderlər elan olunacaq. Yeni sistemin tətbiqi ilə bağlı ətraflı məlumat ilk tenderin elanı zamanı təşkilatın saytında yerləşdiriləcək.

Tenderlər bir müddət öncə AFFA-nın daxilində həyata keçirilməyə başlanmış IRP (Təşkilatın İdarəetmə Sistemi) sisteminin davamı olaraq tətbiq olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol