Menu

Maduro imzatoplama kampaniyasına başlamaq niyyətindədir - ABŞ-ın hərbi təcavüzünə qarşı

05.02.2019, 08:37
Maduro imzatoplama kampaniyasına başlamaq niyyətindədir - ABŞ-ın hərbi təcavüzünə qarşı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın prezidenti Nikolas Maduro ölkəsində Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi təcavüzünə qarşı imzatoplama kampaniyasına başlamağa hazırlaşır.

«Kampaniya çərşənbə günü start götürəcək» - deyə, dövlət başçısı bildirib. Onun sözlərinə görə, sonra imzalar Ağ Evə təhvil veriləcək.

Elə bu gün Maduro həmvətənlərini xarici humanitar yardımdan imttna etməyə çağırıb. «Biz, kiminsə dilənçi dəstəsi deyilik - biz özümüz öhdəsindən gələrik» - deyə, prezident bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol