Menu

Ermənistan azərbaycanlı girovu azad etdi - Azərbaycana qayıtmaq istəmədi (Yenilənib)

05.02.2019, 16:43
Ermənistan azərbaycanlı girovu azad etdi - Azərbaycana qayıtmaq istəmədi (Yenilənib)

2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.

Bu barədə jurnalistlərə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olduğu vurğulanıb.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Ermənistan KİV-lərinin xəbərinə görə, Elnur Hüseynzadə iki il həbsdə olduqdan sonra azadlığa çıxıb.

Qarabağ separatçılarının nümayəndəsi David Babayanın sözlərinə görə, Hüseynzadə Azərbaycana qayıtmaq istəməyib.

“O. əvvəlcədən Azərbaycana qayıtmaqdan imtina etmişdi. Belə hallarda beynəlxalq təcrübədə qəbul olunduğu kimi, o, üçüncü ölkəyə yollanacaq”, - Babayan erməni jurnalistlərə deyib.

***

Ermənistan 2 ildir girov saxladığı azərbaycanlı girov Elnur Hüseynzadəni azad edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin "prokurorluğu” məlumat yayıb.

Onlar azərbaycanlı girovun fevralın 2-də azad olunduğunu açlıqlayıb.

Xatırladaq ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında Tərtərin Talış kəndi istiqamətində erməni hərbçilərin əlinə keçmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol