Menu

Gürcüstanda cinayətkarlıq 50%-dən çox artıb - 38 min faktın üstü açılmayıb

05.02.2019, 16:31
Gürcüstanda cinayətkarlıq 50%-dən çox artıb - 38 min faktın üstü açılmayıb

Ötən il Gürcüstanda 58 mindən çox cinayət faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Bu göstərici illik müqayisədə 53,94% çoxdur. 2018-ci ildə törədilən cinayətlərin yalnız 20 mininin (34,64%) üstü açılıb.

Ötən il qonşu ölkədə qəsdən adam öldürmə halları da artıb. Hesabat dövründə, ümumilikdə, 75 qəsdən adam öldürmə faktı qeydə alınıb ki, bu da illik müqayisıdə 11,94% çoxdur.

2018-ci ildə ailədə zorakılıq halları 2017-ci ilin analoji göstəricisi ilə müqayisdə 122,17% artaraq 4,7 minə çatıb.

Hesabat dövründə Gürcüstanda 1,9 mindən çox oğurluq və 374soyğunçuluq faktı qeydə alınıb. Oğurluq halları illik müqayisədə 86,54%, soyğunçuluq halları isə 28,52% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol