Azərbaycanda 5 özəl televiziyanın hər birinə 600 min manat ayrılıb.
"Report" xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının fevralın 5-də keçirilən iclasında qəbul olunub.
Toplantıda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Prezidentinin yanvarın 17-də imzaladığı sərəncama əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.
İclasda həmçinin Ictimai Televiziyanın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib.


Şərhlər
Azərbaycanda bu TV-lərə baxan var yəni....Yalan ,tərbiyəsiz və mentalitetə uyğun olmayan verlişlər,iyrənc shou əhli,yalan,riyakarlığ,simasızlıq ,hər nə desən var orda.....
Qeyrilər etdilər tərəqqiyi tam, qaldı zillət icrə firqeyi islam.
"Xəzər-TV" bizə fetoçu türk kanalı "Zaman-TV"nin anoloqu kimi gəlmişdi.İndi "ümumrespublika kanalı" olub..
Şəxsən mən 10 ilsdən çoxdur ki bütüb AZ TVləri TV dən pozmüşam ki birdən uşaqlar ora bura çevirəndə görərlər və baxarlar bununla da zövqləri korlanar,tərbiyələri pozular.Pozandan sonra özümün səhhətim yaxşılaşıb hirslənmirəm təyziqim normallaşıb TV ni də hirslənib sındırmaq istəmirəm.HEYF ONLARA VERİLƏN 3 milyon ondan sa fişəng alıb salyut edərdilər o bundan sərfəli olardə
Televeziyalara kim baxır ki 3 milyon da hədiyyə verirlər.