Menu

Səudiyyə Ərəbistanı terrorçuları ABŞ silahı ilə təmin edib - KİV

06.02.2019, 00:15
Səudiyyə Ərəbistanı terrorçuları ABŞ silahı ilə təmin edib - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yəməndə hərbi fəaliyyətlə məşğul olan Səudiyyə Ərəbistanı və onun koalisiya üzrə həmkarları Amerika Birləşmiş Ştatları (ABŞ) ilə bağlanmış sazişin tələblərinin əksinə olaraq, Amerika silahlarını terrorçulara ötürüb. Bu barədə öz mənbələrinə istinadla «CNN», «The Hill» və digər KİV-lər xəbər veriblər.

KİV-imn məlumatına görə, ABŞ istehsalı olan silahlar üsyançı qrupların sədaqətinə sahib olmaq və Yəməndə siyasi qüvvələrin «düzümü» yolunda bir valyuta qismində istifadə olunub. Telekanalın məlumatına görə, silahlar Yəməndə müharibə aparan «Əl-Qaidə» terrorçu şəbəkəsi ilə bağlı olan döyüşçülərin, sələvit birliklərinin əlinə keçib.

Hal-hazırda ABŞ Müdafiə Nazirliyi bu iş üzrə təhqiqat aparır.

Xatırladaq ki, 2014-cü ildən üzübəri Yəməndə hökumət qüvvələri və husi üsyançıları arasında müharibə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol