Menu

5G dövrü başlanır

18.08.2014, 23:46
5G dövrü başlanır

Yaponiya 2020-ci ilədək 5G rabitə standartını hazırlamaq və istifadəyə vermək niyyətindədir

Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri 2020-ci ilədək 5G rabitə standartını hazırlamaq və istifadəyə vermək niyyətindədir. Bu barədə The Yomiuri Shimbun nəşri məlumat verib.

Nazirlik planını 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində həyata keçirməyi nəzərdə tutur. Bildirilir ki, elmi işlərə çəkiləcək bütün xərclər 2015-ci il maliyyə büdcəsinə (1 aprel 2015-ci ildə başlayır) daxil ediləcək.

Cari ilin sonunadək Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri, həmçinin ölkənin aparıcı telekommunikasiya şirkətləri, mobil operatorlar və elektronika istehsalçılarının nümayəndələrinin daxil olacağı xüsusi şura yaratmağı planlaşdırır. /"ictnews"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol