Menu

Pensiya sisteminin inkişafına dair yol xəritəsi hazırlanır

06.02.2019, 14:32
Pensiya sisteminin inkişafına dair yol xəritəsi hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılacaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

Məlumata görə, bu məqsədlə müvafiq təkilflərin hazırlanması üçün nazirlikdə işçi qrupu fəaliyyət göstərir və bu işlərə beynəlxalq ekspertlər də cəlb edilib: "Prezident İlham Əliyevin tapşırığına əsasən aparılan islahatların bir istiqaməti də pensiya sisteminin təşkmilləşdirilməsi işləri çərçivəsində minimum və orta pensiyanın artım tempinin davam etdirilməsinə yönəlib".

Nazirlikdən qeyd olunub ki, hazırda ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.

Şərhlər

Azərbaycan vətəndaşı 2019-02-06 14:32:00

Elə edin ki,yolunuz uçrumdan,dağlıq ərazidən və təbii relyefi pis olan ərazilərdən keçməsin.Yoxsa yolunuzu sonuna qədər davam etdirə bilməzsiniz.

EJDER 2019-02-06 14:32:00

HESAB EDIREM KI,CEHENNEME GEDEN YOLU TAPIBLAR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol