Menu

İranda silahlı hücum olub - Ölən və yaralanan var

06.02.2019, 16:43
İranda silahlı hücum olub - Ölən və yaralanan var

İranın qərbində yerləşən Loristan əyalətində naməlum şəxslərin silahlı hücumu nəticəsində bir polis əməkdaşı ölüb, leytenant rütbəli bir hərbçi isə yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, yaralı hərbçi xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə yanacaqdoldurma məntəqəsində baş verib. Atılan güllələrdən birinin yanacaq çəninə dəyməsi nəticəsində partlayış olub.

İranın dövlət televiziyası bildirib ki, hücum edənlər qaçırdıqları avtomobillə hadisə yerindən qaçaraq gizləniblər.

Faktla bağlı istintaq başlayıb.

Hadisənin terror aktı, yaxud adi cinayət əməli olub-olmaması hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol