Donuzları ac saxlamayın, yoxsa hər kəsi basıb yeyərlər! Udmurtiyadakı kimi - orada ac donuzlar epilepsiya xəstəsi olan evdar qadını parçalayıblar...
«Udm-info» Rusiya Federasiyası İstintaq Komitəsinə (RF İK) istinadla xəbər verir ki, 56 yaşlı evdar qadın heyvanları yemləmək üçün «donuz hini»nə girib, ancaq elə həmin andaca epilepsiya ürəkgetməsi başlayıb. Qadın huşunu itirib. Bu zaman donuzlar ona hücum edərək, parçalayıblar. Qadın qan itirmə səbəbilə ölüb.
Hadisə üzrə araşdırma aparıldığı aparıldığı bildirilir.
Bəzi acgöz məmurlar da donuz kimidir - ac olduqca, öz xalqının qanına yerikləyirlr!
Belə məmurları ac saxlamaq olmaz...
Mirzə AĞ
AzPolitika.info


Şərhlər