ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il hesabatında Azərbaycanı “azad olmayan” dövlətlər sırasında göstərib. Siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda Azərbaycan həmçinin Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi qiymətləndirilib.
“2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti haqqında” adlı hesabatda Azərbaycanın 11 xal topladığı deyilir. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək “qismən azad” ölkələr siyahısında yer alıb. Sənəddə yazılır ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb. Sənəddə həmçinin Azərbaycan iqtidarına qarşı sərt tənqidi fikrilər yer alıb. Orada qeyd edilib ki, Azərbaycan hakimiyyəti ölkədə media və vətəndaş cəmiyyəti azadlıqlarının qorunduğunu və siyasi opponentlərinə qarşı hər hansı repressiya aparılmadığını bildiriblər.
Rəsmi Bakı “Freedom House”un bundan əvvəlki hesabatlarını qərəzli hesab etdiyi kimi, sonuncunu da qərəzli hesab edir.

Əliməmməd Nuriyev “Freedom House” təşkilatının Azərbaycanla bağlı məlumatlar hazırlayan mənbəyinin dəyişməsini, bir neçə fərqli mənbələrə əsaslanmasının lazım olduğunu düşünür: “Əsas məsələ odur ki, təşkilat hansı mənbələrlə işləyir. Bu mənbələr heç vaxt açıqlanmır. Görünən ondan ibarətdir ki, ”Freedom House"a verilən informasiyaların mənbəyinin özündə problem var və bu problemlər istər-istəməz onun qiymətləndirməsinə təsir göstərir. Azərbaycanın daxilində də ölkəyə qərəzli olduğunu hər zaman nümayiş etdirən insanlar var. Onlar belə qurumları özlərinin yanlış informasiyası ilə təmin edirlər, nəticədə belə qiymətləndirmə alınır".


Şərhlər
Yəqin səni hüquqların qorunur.Hər yerdə rüşvətxorluq,korrupsiya baş alıb gedir.Heç bir şikayətə baxılmırsa hansı hüqüq və azadlıqların qorunmasından söhbət gedə bilər.Bir ölkədə ki,seçki azadlığı yoxdur başqaazadlıqlardan danışmaq yersizdir Əlməmməd.
Burada qərəzli heç nə yoxdur.Bir sıra konstitusion hüquqlar qadağan olan ölkə olan Azərbaycana doğru qiymət verilib.BUnu hamı görür v bilir.
Çox gülməlidir ki, beynəlxalq təşkilatların hər il Azərbaycan reallığı barədə hesabatları qeyri-şərtsiz hakimiyyət qəzərli qəbul edir. Sual olunur: Onda Azərbaycan hakimiyyəti nə üçün Avropa Şurasında, Parlament Assambleyasında və nəhayət Avropa İnsan Hüquqları Məhkəməsində həmin beynəlxalq təşkilatların hesabatlarını mübahisələndirmir?....
Bunu ydeyən qələt eləyir, tamamilə azad ölkədir. Eldar Mahmudov, Ziya Məmmədov, Səlim Müslümov, Fazil Məmmədov kimi ... nə qədər azadlıqdadır, demək azad ölkədir.
O qerezlidi bu qerezlidi.Qerezli merezli demek evezine butun işlerde dönuş yaratmaq lazimdir ey,taaa gunde qerezlidi,qerezlidi deyib durmaq lazim deyil.