“Bir sıra tibbi verilişlərdə mütəmadi olaraq kişi və qadınlarda cinsi zəiflik və digər bu kimi mövzuların açıq şəkildə, təfərrüatlı müzakirəyə çıxarılması efirdə xoş mənzərə yaratmır. Əslində, tibbi maarifləndirmə baxımından bu tip mövzuların efirdə müəyyən səviyyədə müzakirəsi məqbul hesab edilə bilər. Lakin hazırda efirə gedən verilişlərdə sözügedən mövzu ətrafında lüzumsuz bir şəkildə açıq-saçıqlığa yol verilir ki, bu da xoşagəlməz mənzərəyə, tamaşaçıların haqlı narazılığına səbəb olur”.
Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, belə hallarla bağlı MTRŞ-ya çoxsaylı vətəndaş şikayətləri, zənglər daxil olur: “Kanalların bu cür mövzularla verilişlərinə reytinq qazanmağa çalışmaları təəssüf doğurur. Burada diqqətçəkən məsələlərdən biri də bu cür mövzuların müzakirə edildiyi verilişlərə əsasən özəl klinika və həmin klinikaları təmsil edən həkimlərinin dəvət edilməsi və onların reklam edilməsidir”.


Şərhlər
Can Pqlad həkimin də çörəyi elə o cürə ``qadın və kişilərin cinsi zəifliyindən`` çıxırdı.``D`` TV kanalını açmağa peşman olursan ara müğənniləri,kafe xanəndələri və Can Polad doxturun seksual mövzulu çıxışları adamı bezdirir
Görəsən tamaşaçılar hansı № zəng edir axşə olar ki № yazasınız bizdə sizə ürəyimizdən keçənləri deyək görək ki bu TVlər bu səviyyədədir sə görək siz nə səviyyədəsiniz. Yəqin ki siz də onların günündəsiniz