Menu

Tağı Əhmədovun işıqları söndürülür - Foto

19.08.2014, 10:06
Tağı Əhmədovun işıqları söndürülür - Foto

Bakı metrosunda olan keçmiş problemlər hələ də qalmaqdadır.

Bəzi metro stansiyalarının istər platformasında, istərsə də giriş-çıxışında təmir işləri aparılsa da, "Nərimanov"da bu sahədə durğunluqdur.

Redaksiyamıza daxil olan məktubda sərnişinlər stansiyanın platfotmasında olan işıqlardan şikayətlənirlar. Platformanın tavanında 8 cərgə işıq laplaları quraşdırılsa da, onlardan sədəcə iki cərgəsi işləyir.

Problemlə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. Məsələyə aydınlıq gətirən Nəsimi Paşayev işıqlandırmada heç bir problemin olmadığını bildirdi: "Metronun tavanında olan işıqlandırma sistemində heç bir problem yoxdur. Bütün işıqlar bir müddət öncə yenisi ilə əvəz edilərək dəyişdirilib.

Sadəcə, iki cərgə yanan işıqlar bütün platformanı işıqladırdığına görə yerdə qalanlara ehtiyac yoxdu. Yerdə qalan işıqları yandrısan israfçılıq olar". (milli.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol