"Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür".
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüşü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Orta Asiyaya səfəri yenicə başa çatıb: "Hazırda üçtərəfli görüşə detallı şəkildə hazırlıq gedir. Görüşdən əvvəl sizə ətraflı məlumat verecəyik", - deyə o bildirib.


Şərhlər
Bir görüş ki Lavrov-Kələntəryanınm başçılığı ilə keçirilir,həmin görüşün ermənilərin xeyrinə olacağı bəri başdan məlumdur.Orda Azərbaycanın xeyrinə heç nə ola bilməz.Üstə gəl E.Məmmədyarovun da rusdilli olması fikrimizi daha inamlı edir.Allah köməyimiz olsun!
NƏ DANIŞIQ BAZLIQDIR girmisən torpağa bas bayıra yoxsa müharibə .Onlara yalvarıb alcalmaqdansa elə hamımız döyüşdə ölsək yaxşıdır.İki erməni aydındır ki bir azərbaycanlını aldadacaq.Utanıram evdəkilərin üzünə baxmağa biz nə kişiyik ki erməni gəlib torpağı alıb müharibə ilə indi biz düşmüşük onun bunun ətəyinə ki icazə ver alaq. Vuran oğul dədəsinə baxmır. Yorulmadınız mı erməninin qabağındfa alçalmaqdan.Məğlub olan sindromu milləti əzir alçaldır.Niyə çeçen kimi qalib ola bilmirik nə vaxta can belə olacaq