Menu

Ağdam sakinini elektrik cərəyanı vuraraq öldürüb

07.02.2019, 21:57
Ağdam sakinini elektrik cərəyanı vuraraq öldürüb

Ağdam rayonunda bədbəxt hadisə baş verib."Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Eyvazlı kəndində qeydə alınıb.

Rayon sakini, 47 yaşlı Zahid Nağıyev elektrik transformatorunda təmir-bərpa işləri apararkən cərəyan onu vurub. O, xəstəxanaya çatdırılsa da, həkimlər Z.Nağıyevin həyatını xilas edə bilməyib.

Qeyd edək ki, Z.Nağıyev Ağdam rayon Sukanal İdarəsinin işçisi olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha əvvəl Ağdam rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol