«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Konqresə müraciətində özünün rəhbərliyi altında görünməmiş iqtisadi uğurların əldə olunmasından danışıb.
Məsələn, o, energetika sahəsində «inqilabdan» söhbət açıb. Bildirib ki, bunun sayəsində ABŞ neft və qaz istehsalı üzrə dünya lideri mövqeyini daha da möhkəmlədib.
O, konkret rəqəm səsləndirməyib, ancaq qeyd edib ki, ABŞ-n göstəriciləri ayrıca götürülmüş digər ölkələrin nailiyyətlərini üstələyir.
«Biz, Amerika energetikasında inqilaba başladıq - Birləşmiş Ştatlar indi dünyada aparıcı neft və qaz istehsalçısıdır» - deyə, Ağ evin başçısı «Ölkənin vəziyyəti barədə» ənənəvi ismarışında bəyan edib.
O, qeyd edib ki, bu nəticələr son 65 ildə ilk dəfə əldə olunub.


Şərhlər