Menu

Vətəndaş qəbulunun təşkilində nöqsanlara yol verən dövlət qurumları - SİYAHI

08.02.2019, 09:56
Vətəndaş qəbulunun təşkilində nöqsanlara yol verən dövlət qurumları - SİYAHI

Bəzi dövlət qurumlarında vətəndaşların qəbulu daha səmərəli təşkil olunsa da, bəzi qurumlarda bu tələblərə tam əməl olunmur. Həmin qurumlarda vətəndaş qəbulunun təşkilində müəyyən nöqsanlara yol verilir.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.

S.İsmayılov qeyd edib ki, bu sıraya Xarici İşlər, Energetika nazirlikləri, “Bakı Metropoliteni” QSC, Milli Arxiv, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar daxildir.

Şərhlər

EJDER 2019-02-08 09:56:40

HA... HA HA HEDDEN ARTIQ GULMELIDI...HE NEOLSUN...KECIRILEN TEDBIRLERRDEN YASIN...BOW BOW WEYLERLE BAW QATIRSIZ...DEYR ,AYE AZ QALIB OMRUN SENIN,PAZ AFTOBUSU GELER ARTAR GEMIN...HA HA HA...HE BAXIN GORUN TURMEDE KIMI WERLEMEK LAZIMDI...

S.Ənvərqızı 2019-02-08 09:56:40

Hörmətli Süleyman müəllim,uzun müddətdir ki,Rabitə Nazirliyi tərəfindən ailəmə qarşı aparılan soyqırımla əlaqədar müraciətlər etməyimə baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Dövlətini,xalqını və Rəhbərini qəlbən sevən bir ailəyə qanuni köməklik göstərmək əvəzinə, məmurun qanunsuz göstərişlərinə əməl edərək mənim müraciətlərimə əhəmiyyət verməyən,qanunun aliliyinə kölcə salmaqla,vətəndaşı dövlətdən narazı salmağa çalışan məmurlar haq.ciddi tədbirlər görülməsinə köməklik göstərməyinizi Siz.xah.edirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol