Menu

Prezident Administrasiyasına ən çox şikayət edilən rayonlar - SİYAHI

08.02.2019, 10:26
Prezident Administrasiyasına ən çox şikayət edilən rayonlar - SİYAHI

"2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artıb”.

“Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.

Şöbə müdiri qeyd edib ki, Bakı şəhərinin Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı isə azalıb: “Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir. Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur”.

S.İsmayılov bildirib ki, 2018-ci ildə “President.az” saytının “Qəbula yazılmaq” bölməsi vasitəsilə Qəbul otağının kompüter bazasına daxil olmuş 2 minə yaxın müraciətin müəllifinə izahat verilib, bir çoxu isə müvafiq qaydada qeydiyyata alınaraq qəbulda iştirak edib: “Qəbul otağına ən çox Bakı şəhərinin rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonların sakinləri müraciət ediblər. Vətəndaşlar Qəbul otağına daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti, xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər barədə müraciət ediblər”.

Onun sözlərinə görə, dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.

Şərhlər

Cəmşid Dərələyəzli 2019-02-08 10:26:43

Necə azalıb ki, Təkcə Pirallahı rayon İcra hakimiyyətindən son iki ildə bir neçıə yüz şikayət məktubu mən yazmışam. Başqalarını da üstə gəlsək bu minlərlədir. Kimdir bunları qolluyub- qovlayıb siyahıda yaşıl boyayan.İnanırıq ki, Cənab Prezident onlara xüsusən də Pirallahının başçısına dur son sözünü deyəcək.

yengibar 2019-02-08 10:26:43

Prezidentin Şamaxı səfəri ən nahəyət gözəl-göyçək divarların arxasındakı həyatı üzə çıxardı.İnsanların həqiqi yaşayışının necə olduğunu öz gözləri ilə gördü.Hətta özü də orda çox narahatlıq keçirdi.Reallıq budur. Bu hələ Şamaxıdır, ondan da dəhşətli mənzərələr var.Dövlət başçısını aldadanlar, yalan raport verənlər cavab verməlidir. O ki qaldı Prezident Administrasiyasının məlumatına, bütün dövlət orqanları şikayətçinin ərizəsini şikayət etdiyi quruma, adama göndərir.Bu nə praktikadır görəsən?

Kəmalə 2019-02-08 10:26:43

Əyalətlərdə İcra Başçilari ozkərini padşah kimi aparırlar.Xalqla kəndxuda kimi davranirlar.Əgərr rəhbərliyə təyin olunanlar xalqin rifahini düşünsəydilər millət acından qırilmazdi.Vəzifəyə gələn kimi hərə öžünun mənafeyinə xidmət edir.Bir dəfə Bərdənin İH başçısı Vidadi İsayevin qəbulunda oldum qapida ituran köməkçsi dedi ki xanimcəmi 2 dəqiqə vaxtiniz var.Şoka düşdum ki 2 dəqiqəyə hansi aqilli fikrini dərdini çatdira bilər?Camaatın sahibkarlarin cibinə qənim kəsilən bütun başçılar işdən jənarlaşdirilmalidi

hüquqşünas 2019-02-08 10:26:43

BU onu göstərmi ki,təcili struktur islahatlarıaparılmalı və İcra hakimiyyətləri ləğv edilməli,kadr potensialı yaradılmalı,yaramaz kadrlar istefaya göndərilməlidir.Mövcud üsul-idarə öz effektsizliyini sübut edib.Daha doğusu yenidənqurmay ehtiyc var.

Şəkili 2019-02-08 10:26:43

O siyahıda nə üçün Şəkinin adı yoxdur ? Şəki dövlətin yadından çıxıb ?

Şəkili 2019-02-08 10:26:43

Rayonlar arasında ən geridə qalmış rayobnlardan biri olan Şəkinin adı nə üçün siyahıda göstərilməyib ? Ayda cəmi 2-3 gün yerində olur ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol