Menu

İşdən çıxarılmadan geniş islahatlar aparılacaq - Nazir

08.02.2019, 12:49
İşdən çıxarılmadan geniş islahatlar aparılacaq - Nazir

Mədəniyyət naziri Əbülfəs Qarayev Tovuz rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, görüş fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir qəbuldan sonra mətbuata açıqlamasında yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində əhəmiyyətini bir daha diqqətə çatdıraraq bildirib ki, budəfəki görüşdə sakinlərin musiqi məktəblərinin işinin gücləndirilməsi, yeni fənlərin tədris olunması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanın icrası barədə də danışıb. O vurğulayıb ki, fərmana uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq: "Bu zaman, ilk növbədə, insan faktoru diqqətdə saxlanılacaq, insanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir".

Şərhlər

seyid 2019-02-08 12:49:02

Hörmətli cənab Nazir, Şəki Mədəniyyət şöbəsində uzun müddət müavin vəzifəsində işləyən İsmayıl yaşı ilə əlaqədar pensiyaya çıxmasına baxmayaraq,müdir Mirvari savadsız olması ilə əlaqədar İsmayılı S.Rəhmanın ev muzeyində baxıcı kimi aformut edərək işdə saxlayır,çünki Mirvarinin işini o görür... Mirvari iş görmək qabiliyyətinə malik deyil ? Yaxşı olarki həmin vəzifəyə bir cavan kadr götürülsün,ailəsinə baxsın və işsizliyin sayı azalsın ? Xahiş edirik tədbir görün ...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol