Hadisə günorta saatlarında havanın hərarətinin yüksək olduğu vaxt baş verib
Bakıdakı nəqliyyat terminallarından birində faciəvi hadisə baş verib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, Salyan yolu 32 ünvanında yerləşən "İpək Yolu" terminalında sürücülərdən biri ölüb.
İdarə etdiyi yük maşını ilə terminala gələn Gürcüstan vətəndaşı, 1963-cü il təvəllüdlü David Tsularanın halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək sürücü keçinib.
İlkin müayinə nəticəsində Gürcüstan vətəndaşı olan 51 yaşlı sürücünün kəskin istilərin səbəb olduğu ürək çatışmazlığından vəfat etdiyi müəyəyn edilib. Ölüm faktı ilə bağlı araşdırmalar davam etdirilir.


Şərhlər