Menu

Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır

08.02.2019, 14:18
Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır

Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Şərhlər

Cəmşid Dərələyəzli 2019-02-08 14:18:32

Çox gözəl. Əslində bu mərkəz çoxdan yaradılmalı idi. İllərlə bu mərkəzin funksyalarını bir tərəfli qaydada Prezident aparatının İctimayyətlə əlaqələr şöbəsi və hökümətin inhisarında olan TV-lər aparmışdır. Yəni daima elə mənzərə formalaşdırmışlar ki, hər şey öz qaydasındadır. Yaxşı olar bu mərkəzə müctəqil ictimai təşkilatlarda cəlb olunsun. Tarixən inkişaf etmiş dövlətlər məhz bu növ instutuların hazırladıqları sosioloji proqram və proqnozlarla idarə olunmuşdur. Xeyirli, uğurlu olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol