Menu

Xamneyi “Amerikaya ölüm!” şüarına aydınlıq gətirib

08.02.2019, 15:16
Xamneyi “Amerikaya ölüm!” şüarına aydınlıq gətirib

“Amerikaya ölüm!” şüarı sadə amerikalılara, xalqa deyil, ABŞ Prezidenti Donald Tramp, onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və dövlət katibi Maykl Pompeo kimi siyasətçilərinə yönəlib”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ölkəsinin Hərbi Hava Qüvvələri komandanları, pilotları və bəzi rəsmilərlə görüşündə bildirib.

Qeyd edək ki, “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları 1979-cu ilin fevralında İranda baş vermiş İslam inqilabının ilk illərindən indiyə kimi səslənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol