Menu

NATO 6-cı nəsil qırıcıların yaradılmasına başlayıb

09.02.2019, 00:13
NATO 6-cı nəsil qırıcıların yaradılmasına başlayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa və Almaniyanın müdafiə nazirləri Florans Parli və Ursula fon der Lyayen 6-cı nəsil qırıcıların yaradılması məqsədilə sınaq-konstruktor işlərinə başlanması barədə kontrakt imzalayıblar. Bu barədə «Defense News» portalı xəbər verib.

Bildirilir ki, müqavilə Avropanın «Airbus» konserni ilə fransanın «Dassault Aviation» şirkəti arasında bağlanıb.

İşlər «Future Combat Air System (FCAS)» layihəsi çərçivəsində başlanacaq. İki illik kontraktın dəyəri 65-74 milyon avro həcmində qiymtləndirilir. Ehtimal edilir ki, FCAS layihəsinin təyyarələri 2040-cı ilə Fransanın köhnəlmiş dördüncü nəsil «Rafal» və Almaniyanın «Avrofayter Tayfun» təyyarələrini əvəzləyəcək.

Təyyarələr lazer sihaı ilə silahlandırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol