Menu

Tramp və Kim Çen In 27-28 fevralda Hanoedə görüşəcək

09.02.2019, 10:01
Tramp və Kim Çen In 27-28 fevralda Hanoedə görüşəcək

KXDR və ABŞ liderlərinin ikinci görüşü 27-28 fevralda Hanoedə keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü Amerika prezidenti Donald Tramp "Twitter"də yazıb.

"Mənim nümayəndələrim olduqca məhsuldar görüşdən və Kim Çen In ilə ikinci sammitin keçirilməsi zamanı və tarixini razılaşdırdıqdan sonra yenicə Şimali Koreyanı tərk ediblər. O, 27 və 28 fevralda Hanoedə, Vyetnamda baş tutacaq", - deyə Tramp yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol