Ukraynanın paytaxtı Kiyevdə polis bölməsinə hücum edilib.
Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bir qrup şəxs polis bölməsinin giriş qapısına hücum edərək qaz balonundan istifadə edib, polis əməkdaşları ilə əlbəyaxa olublar.
40-a yaxın adam saxlanılıb, onların üzərindən qaz balonları, soyuq silah götürülüb. Faktla bağlı cinayət işi açılıb.
Bildirilir ki, hadisə baş verən zaman Kontraktova meydanında prezidentliyə namizəd Yuliya Timoşenkonun təşviqat mitinqi keçirilirmiş...


Şərhlər